14 dekabr 2025. Bazar günü

Lyuk Şou 2 ay sonra ilk 11-də yer alıb


Lyuk Şou 2 ay sonra ilk 11-də yer alıb

"Mançester Yunayted"in sol cinah müdafiəçisi Lyuk Şou bu gün keçiriləcək İngiltərə Premyer Liqasının "Bornmut"la oyununda start heyətində yer alacaq.

90deqiqe.Az xəbər verir ki, bu, 29 yaşlı futbolçunun 2024-cü ilin fevralından bəri "qırmızı şeytanlar"ın əsas heyətində meydana çıxdığı ilk matç olacaq.

O, sonuncu dəfə ötən ilin fevralın 18-də "Luton"la oyunda start heyətində çıxış etmişdi.

Təcrübəli müdafiəçi cari mövsümdə Premyer Liqada cəmi 3 oyunda iştirak edib. Onun dizində zədə və əzələ problemi olduğu bildirilir.

Şou 2014-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 280 oyun keçirib, 4 qol vurub və 29 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü