5 iyul 2026. Bazar günü

"Çelsi" yarımmüdafiəçini "Real"a buraxmayacaq


"Çelsi" yarımmüdafiəçini "Real"a buraxmayacaq

Son günlər mətbuatda "Real Madrid"in "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlandığı barədə xəbərlər yayılıb.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, London klubu 24 yaşlı futbolçunu satmaq niyyətində deyil və onu komandada saxlamaq istəyir.

"Çelsi" rəhbərliyi Fernandesi gələcək planlarının əsas fiqurlarından biri hesab edir və ona görə də "Real Madrid" daxil olmaqla, digər klublardan gələn təkliflərə açıq deyil.

Enzo Fernandesin "Çelsi" ilə mövcud müqaviləsi 2032-ci ilin ortalarınadək qüvvədədir. Təxminən yarım il əvvəl London klubu argentinalı yarımmüdafiəçinin transferi üçün 121 milyon avro məbləğində ödəniş etmişdi.

2024/2025 mövsümündə Fernandez 40 rəsmi oyun keçirib, bu oyunda 6 qol vurub və komanda yoldaşlarına 11 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı