27 avqust 2026. Cümə axşamı

Onana avtomobilsiz qaldı


Onana avtomobilsiz qaldı

"Mançester Yunayted"in qapıçısı Andre Onana avtomobilsiz qalıb.

90deqiqe.Az-ın “The Sun”a istinadən yaydığı məlumata görə, Britaniya polisi sığortası olmadığı üçün futbolçunun “Lamborghini Urus” markalı avtomobilini müsadirə edib. Hadisə zamanı avtomobili Onananın dostu idarə edirmiş.

İndi qapıçı bu problemi həll etmək üçün iki həftə vaxt əldə edib. Əks halda, 412 min avro dəyərində olan avtomobil hərraca çıxarıla və ya tamamilə məhv edilə bilər.

Onu da əlavə edək ki, Onana son vaxtlar İngiltərə çempionatında bütün klubların qapıçıları arasında səhvlərə görə birinci yeri tutan ən yaxşı mövsümü keçirmir.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın