5 iyul 2026. Bazar günü

Xavi İngiltərə yolunda?


Xavi İngiltərə yolunda?

İngiltərənin "Nyukasl" klubu baş məşqçi dəyişikliyi etməyi planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Football Transfers" məlumat yayıb. Mənbənin sözlərinə görə, rəhbərlik komandanın son nəticələrindən əsasən razı qalsa da, Eddi Hau ilə yolları ayırmağa hazırdır.

"Sağanlar"ın Liqa Kubokunu qazanmasına və növbəti mövsümdə UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəsinə baxmayaraq, klub rəhbərliyi daha ambisiyalı seçimə üstünlük vermək niyyətindədir.

Bildirilir ki, “Nyukasl” təmsilçiləri artıq “Barselona”nın sabiq futbolçusu və baş məşqçisi Xavi Hernandeslə əlaqə yaradıb.

Xavi ötən ilin may ayından işsizdi. Bu yaxınlarda verdiyi müsahibədə o, İngiltərədə işləməkdən çəkinməyəcəyini, çünki orada nəticələrə daha az diqqət yetirdiklərini qeyd etmişdi.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı