8 noyabr 2026. Bazar günü

“Bir gün xalqım üçün "Qızıl top"u qazanmaq istəyirəm”


“Bir gün xalqım üçün "Qızıl top"u qazanmaq istəyirəm”

"Liverpul"un hücumçusu Məhəmməd Salah "Qızıl top" mükafatını qazanmaq arzusu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, misirli futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Mən 'Liverpul'a keçəndə düşündüm ki, bəlkə bir gün bu mükafatı qazana bilərik. Bu baş verməsə belə, karyeram hələ də uğurlu olacaq.Bir gün xalqım üçün 'Qızıl top'u qazanmaq istəyirəm. Misirin bir kəndindən gələn biri üçün belə mötəbər futbol mükafatını arzulamaq asan deyil."

Xatırladaq ki, Məhəmməd Salah bu il mükafata iddialılardan biridir. Bu mövsüm İngiltərə çempionatında forvard "Liverpul"un heyətində 35 oyun keçirib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”