8 iyun 2026. Bazar ertəsi

Onana "Mançester Yunayted"dən ayrılmaq istəmir


Onana "Mançester Yunayted"dən ayrılmaq istəmir

"Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onana klubdan ayrılmaq istəmir.

90deqiqe.Az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, 29 yaşlı qolkiper “qırmızı şeytanlar”ın formasını geyinməyə davam etmək və komandanı əvvəlki səviyyəsinə qaytarmaq üçün əlindən gələni etmək istəyir.

Andre Onana gələcəyini yalnız “Mançester Yunayted”də görür və başqa klublara keçidi nəzərdən keçirmir. Halbuki daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanı klublarının futbolçuyla maraqlandığına dair xəbərlər yayılmışdı.

Xatırladaq ki, Andre Onana cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionatında 33 oyun keçirib, onun doqquzunda qapısını təmiz saxlaya bilib.







İngiltərə P.L.

Ceyms Milner futbolçu karyerasını başa vurdu
  • İngiltərə P.L.
  • 22:09 01.06.2026
Ceyms Milner futbolçu karyerasını başa vurdu