5 dekabr 2025. Cümə

"Mançester Siti" 2025/26 mövsümü üçün yeni ev formasını təqdim edib - FOTO


"Mançester Siti" 2025/26 mövsümü üçün yeni ev formasını təqdim edib  - FOTO

İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Puma" idman markası tərəfindən hazırlanmış 2025/2026 mövsümünə aid yeni ev formasını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun açıqlamasında qeyd olunur ki, tarixində ilk dəfə olaraq ev formasında məşhur “köpük” – əvvəlki illərdə "Siti"nin səfər formalarının əsas vizual elementlərindən biri olan diaqonal zolaq yer alıb.

Qeyd olunur ki, "Mançester Siti"nin əsas komandası yeni ev formasında ilk dəfə bu ilin yayında ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Çempionatında meydana çıxacaq.

“Mançester Siti” İngiltərə Premyer Liqasında dördüncü yerdədir. "Liverpul" vaxtından əvvəl liqa çempionu olub. “Mançester Siti” Çempionlar Liqasında da zəif çıxış edib və 2012/2013 mövsümündən sonra ilk dəfə turnirin 1/8 finalına yüksələ bilməyib.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə