1 aprel 2026. Çərşənbə

"Çelsi" Mareskanı qovmayacaq


"Çelsi" Mareskanı qovmayacaq

İngiltərənin "Çelsi" klubunun rəhbərliyi komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə baş məşqçi Enso Mareskanı istefaya göndərməyəcək.

90deqiqe.Az “The Telegraph”ya istinadən xəbər verir ki, klub rəhbərliyi Mareskanın rəhbərliyi altında nəticələrdən – kuboklar və turnir cədvəlindəki mövqedən asılı olmayaraq – komandanın inkişaf edəcəyinə inanır.

Mareska mövsümün sonunda fəaliyyətinə dair ətraflı təhlillə üzləşəcək. Lakin onunla yolların ayrılması məsələsi, böyük ehtimalla, gələn mövsümə qədər gündəmə gəlməyəcək.

Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə Premyer Liqasında 36 turdan sonra 63 xalla 5-ci pillədə qərarlaşıb. Komanda, həmçinin, mayın 28-də Konfrans Liqasının finalında İspaniyanın "Betis" klubu ilə qarşılaşacaq.







İngiltərə P.L.

"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"
“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"