8 noyabr 2026. Bazar günü

"Tottenhem"in futbolçusu şantajın qurbanı olub


"Tottenhem"in futbolçusu şantajın qurbanı olub

"Tottenhem"in hücumçusu və Cənubi Koreya millisinin kapitanı Son Hin Min vətənində qalmaqallı hadisəyə qarışıb.

90deqiqe.Az "The Korea Times"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu 20 yaşlı qadını və onun 40 yaşlı şərikini şantaj cəhdində ittiham edərək Seul polisinə rəsmi şikayət edib.

Futbolçunun tərəfinin bildirdiyinə görə, 2024-cü ilin yayında qadın onun uşağından hamilə olduğunu iddia edib və bu məlumatı gizli saxlamaq üçün külli miqdarda pul tələb edib.

İddialara əsasən, tələb olunan məbləğ on milyonlarla Cənubi Koreya vonu (on minlərlə ABŞ dolları) təşkil edib.

2015-ci ildən "Tottenhem"də çıxış edən Son Hin Min bu mövsüm 44 oyuna çıxıb və 11 qol vurub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”