14 dekabr 2025. Bazar günü

Avropada mövsümün ən yaxşı məşqçisi açıqlandı


Avropada mövsümün ən yaxşı məşqçisi açıqlandı

Britaniyanın nüfuzlu "ESPN" saytı 2024/2025 mövsümü üçün Avropanın ən yaxşı məşqçilərinin reytinqini dərc edib.

90deqiqe.Az xəbər verir ki, birinci yeri "Nottingem Forest"i İngiltərə çempionatının əsas kəşflərindən birinə çevirən Nuno Espirito Santo tutub. Komandanın hələ də Çempionlar Liqasına vəsiqə qazanmaq şansı var.

İkinci pillədə PSJ-ni çalışdıran Luis Enrike qərarlaşıb. Fransız klubu bu mövsüm klub tarixində ilk dəfə Çempionlar Liqasını qazanmağa yaxınlaşmaqla yanaşı, artıq iki kuboka da sahib çıxıb. Mayın 31-də PSJ finalda “İnter”lə qarşılaşacaq.

İlk üçlüyü “Roma”nın baş məşqçisi Klaudino Ranyeri tamamlayıb. Təcrübəli mütəxəssisin gəlişindən sonra A Seriyasında yalnız “Napoli” və “İnter” daha çox xal toplayıb.

İlk onluqda həmçinin Liam Rosenior ("Strasburq"), Hans-Diter Flik ("Barselona"), Arne Slot ("Liverpul"), Antonio Konte ("Napoli"), Andoni İraola ("Bornmut"), Sesk Fabreqas ("Komo") və Tomas Frank ("Brentford") yer alıb.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü