21 mart 2026. Şənbə

"Mançester Yunayted"in uğursuzluğu bir azarkeşi varlandırdı


"Mançester Yunayted"in uğursuzluğu bir azarkeşi varlandırdı

"Mançester Yunayted" 2024/2025 mövsümündə göstərdiyi zəif nəticələrlə azarkeşlərini məyus edib.

 90deqiqe.Az xəbər verir ki, Premyer Liqa cədvəlində cəmi 16-cı pillədə qərarlaşan “qırmızı şeytanlar” üçün mövsüm istənilən kimi alınmayıb. Lakin vəziyyət göründüyü qədər ümidsiz deyil.

Komanda Avropa Liqasının finalına yüksəlib və əgər həlledici qarşılaşmada “Tottenhem”ə qalib gələ bilsə, həm kuboku qazanacaq, həm də növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə əldə edəcək.

Bununla yanaşı, bu mövsüm "Mançester Yunayted"ə qarşı mərc edənlər üçün gözlənilməz qazanc imkanı yaranıb. Maraqlı faktlardan biri də odur ki, Rusiyadan olan bir fanat bu vəziyyətdən faydalanmağı bacarıb.

Moskvada yaşayan Pavel adlı azarkeş Premyer Liqanın hər turunda "Mançester Yunayted"in məğlubiyyətinə 10 min rubl mərc edib. Nəticədə o, artıq 111 min rubl qazanc əldə edib. Beləliklə, "qırmızı şeytanlar"ın uğursuzluqları Pavel üçün maddi baxımdan uğura çevrilib – o, 11 oyunda mərcindən qazanc götürüb.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər