14 iyun 2025. Şənbə

“Nikolas Cekson vaxtla önəmli oyunçuya çevrilə bilər”


 “Nikolas Cekson vaxtla önəmli oyunçuya çevrilə bilər”

"Çelsi"nin əfsanəvi sabiq hücumçusu Didye Droqba komandanın hazırkı forvardı Nikolas Ceksonla bağlı yayılan müqayisələrə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Championat" nəşri sabiq futbolçunun fikirlərini belə çatdırıb:

"Hamı daim futbolçuları sələfləri ilə müqayisə edir. Bəli, bu, onun üçün o qədər də asan deyil. Axı, "Çelsi"nin çox böyük hücumçuları olub – Dieqo, mən və digərləri. Amma Cekson hazırda ikinci mövsümünü keçirir. Etdiyi işi bəyənirəm, əvvəlki hücumçulara ləyaqətlə cavab verir. Üstəlik, insanların mənə heyran olmağa başlaması da bir qədər vaxt apardı. Cekson çalışqanlığını davam etdirsə, komandanın ən vacib oyunçularından birinə çevrilə bilər. Bunun üçün, təbii ki, kuboklar qazanmaq lazımdır. İlk addım avrokuboklara sahib çıxmaqdır. Sonra Çempionlar Liqası və Premyer Liqadakı qələbələr gəldi. Mən ona uğurlar arzulayıram".

Qeyd edək ki, Nikolas Cekson 2023-cü ilin yayında "Vilyarreal"dan "Çelsi"yə transfer olunub. O, London klubunda indiyədək 30-dan çox matçda iştirak edib.







İngiltərə P.L.

"Tottenhem"in yeni baş məşqçisi bilindi
  • İngiltərə P.L.
  • 23:40 12.06.2025
"Tottenhem"in yeni baş məşqçisi bilindi
"Çelsi" yeni səfər formasını təqdim edib
  • İngiltərə P.L.
  • 12:37 12.06.2025
"Çelsi" yeni səfər formasını təqdim edib
"Mançester Siti"də yeni qapıçı
  • İngiltərə P.L.
  • 23:41 10.06.2025
"Mançester Siti"də yeni qapıçı