8 noyabr 2026. Bazar günü

De Bruyne karyerasını İngiltərədən kənarda davam etdirəcək


De Bruyne karyerasını İngiltərədən kənarda davam etdirəcək

Kevin De Bruyne “Mançester Siti” ilə son ev oyununa çıxıb.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında başqa komandaya keçmək niyyətində deyil və karyerasını ölkə xaricində davam etdirməyi planlaşdırır.

Belçikalının vida mərasimi olduqca emosional keçib. Futbolçu “Mançester Siti”də on mövsüm çıxış edib və bu müddətdə komandanın bir çox titullar qazanmasına töhfə verib.

De Bruynenin adı daha əvvəl “Liverpul”la hallansa da, bu variant artıq gündəmdən çıxıb. Onun “Napoli”yə və ya MLS klublarından birinə keçidi ilə bağlı xəbərlər mətbuatda yer almaqdadır.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”