1 fevral 2026. Bazar günü

“Mançester Yunayted”in keçmiş futbolçusu 14 aylıq həbs cəzasına məhkum edilib


“Mançester Yunayted”in keçmiş futbolçusu 14 aylıq həbs cəzasına məhkum edilib

"Mançester Yunayted"in sabiq müdafiəçisi Brendon Uilyams təhlükəli avtomobil idarə etdiyi üçün 14 ay müddətinə azadlıqdan məhrum edilib.

90deqiqe.Az xəbər verir ki,  bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, futbolçuya iki il müddətinə şərti həbs cəzası ilə yanaşı, 3 il ərzində avtomobil idarə etmək qadağan edilib və o, 180 saat ictimai işlərə cəlb olunacaq.

Cəzanın verilməsinə səbəb Uilyamsın saatda 160 kilometrdən artıq sürətlə hərəkət etdiyini etiraf etməsi olub.

Xatırladaq ki, Brendon Uilyams ötən yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmışdı. O, bir müddət futbolu tamamilə tərk etməyi planlaşdırsa da, son vaxtlar şəxsi məşqçilərlə çalışaraq formasını qoruyurdu.

Hadisədən sonra verdiyi açıqlamada Uilyams yaşananların onu həyatındakı bir çox şeyi yenidən dəyərləndirməyə vadar etdiyini və gələcəkdə futbola qayıtmağa ümid etdiyini bildirib.







İngiltərə P.L.

“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın
"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"