8 noyabr 2026. Bazar günü

Qarnaço "Mançester Yunayted"dən ayrılmağa yaxındır


Qarnaço "Mançester Yunayted"dən ayrılmağa yaxındır

Argentinalı yarımmüdafəçi Alexandro Qarnaço "Mançester Yunayted"dəki vəziyyətindən narazıdır.

90deqiqe.Az-ın "ESPN"ə istinadən yaydığı məlumata görə, yarımmüdafiəçi Ruben Amorimin baş məşqçi təyin olunmasından sonra komandadakı rolunun azalmasından və Avropa Liqasının finalında məhdud oyun vaxtı almasından məyus olub.

20 yaşlı futbolçunun nümayəndələri yaxın günlərdə onun gələcəyini müzakirə etmək üçün klub rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Qarnaçoya həm Premyer Liqa klublarından, həm də Səudiyyə Ərəbistanından maraq olduğu bildirilir.

Nüfuzlu Transfermarkt portalı Alexandro Qarnaçonu 45 milyon avro qiymətləndirir. Argentinalının hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”