14 dekabr 2025. Bazar günü

"Liverpul" Luis Diasa yeni müqavilə təklif etdi


"Liverpul" Luis Diasa yeni müqavilə təklif etdi

"Liverpul" kolumbiyalı hücumçu Luis Diasla müqaviləni uzatmağı planlaşdırır.

90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, İngiltərə klubu "Barselona"nın marağı fonunda 28 yaşlı futbolçuya 2029-cu ilə qədər yeni müqavilə təklif edib.

Məlumata görə, təklif olunan yeni müqavilədə Diasın maaşının artırılması da nəzərdə tutulur. Hazırda futbolçu təklifi dəyərləndirir.

Daha əvvəl mətbuatda "Liverpul"un hücumçusunun "Blauqrananın" yay üçün əsas transfer hədəfi olduğu barədə məlumatlar yayılmışdı.

Bu mövsüm Dias bütün turnirlərdə 49 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü