5 dekabr 2025. Cümə

Qarnaço “Mançester Yunayted”dən ayrılmaq istəyir


Qarnaço “Mançester Yunayted”dən ayrılmaq istəyir

“Mançester Yunayted”in gənc hücumçusu Alexandro Qarnaço gələcəyi ilə bağlı ciddi qərar verməyə hazırlaşır.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən yaydığı məlumata görə, 20 yaşlı oyunçu Avropa Liqasının finalındakı məğlubiyyətdən (0:1, “Tottenhem”ə qarşı) və oyuna yalnız 71-ci dəqiqədə daxil edilməsindən narazı qalıb.

Argentinalı oyunçu görüşdən dərhal sonra agentindən ona yeni komanda tapmasını istəyib və xüsusilə “Real Madrid”ə keçid ehtimalını öyrənməyə maraq göstərib. Lakin “kral klubu” futbolçunun yüksək transfer qiymətinə görə bu transferə ehtiyatla yanaşa bilər.

Əgər “Real Madrid” Qarnaçonun transferindən imtina edərsə, futbolçunun “Atletiko Madrid”, “Arsenal”, “Liverpul” və “Bavariya” kimi digər top-klublara təklif ediləcəyi bildirilir.

Qeyd edək ki, Qarnaço bu mövsüm “Mançester Yunayted”in heyətində istedadlı çıxışı ilə diqqət çəkib və klubun perspektivli futbolçularından biri hesab olunurdu.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə