23 iyun 2026. Çərşənbə axşamı

“Sanderlend” 7 ildən sonra Premyer Liqada!


“Sanderlend” 7 ildən sonra Premyer Liqada!

İngiltərə Çempionşipində pley-off həyəcanı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Sanderlend” final qarşılaşmasında “Şeffild Yunayted”i 2:1 hesabı ilə məğlub edərək Premyer Liqaya vəsiqə qazanıb.

Londondakı əfsanəvi “Uembli” stadionunda keçirilən oyunda hesabı 25-ci dəqiqədə “Şeffild Yunayted”in hücumçusu Tayrez Kempbell açıb. “Sanderlend” isə ikinci hissədə oyunun axarını dəyişə bilib – 76-cı dəqiqədə Eliezer Mayenda bərabərlik qolunu vurub. Matçın taleyini isə 90+5-ci dəqiqədə Tom Uotsonun qolu həll edib.

Yarımfinal mərhələsində “Şeffild Yunayted” “Bristol Siti” üzərində ümumi 6:0 hesablı qələbə ilə finala yüksəlmişdi. “Sanderlend” isə “Koventri Siti”yə qarşı iki oyunun nəticəsinə əsasən 3:2 hesabı ilə üstün olmuşdu.

Beləliklə, 2016/17 mövsümündən bəri Premyer Liqadan uzaq qalan “Qara pişiklər” yeddi illik fasilədən sonra elitaya qayıdıb. Qeyd edək ki, cari mövsümdə birbaşa yüksəlmə hüququnu “Lids Yunayted” və “Bernli” klubları qazanıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər