5 dekabr 2025. Cümə

Fernandeş "Mançester Yunayted"i tərk edəcək? - baş məşqçi açıqladı


 Fernandeş "Mançester Yunayted"i tərk edəcək?  - baş məşqçi açıqladı

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim kapitan və yarımmüdafiəçi Bruno Fernandeşin klubu tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "TNS" çalışdırıcının dediklərini belə çatdırıb.

"Bruno üçün klubda çox dəyişdiyimizi görmək vacibdir. Davranış, gündəlik təşkilatçılıq, məşqlərin tempi. Bunu bütün səviyyələrdə etdiyimizi görsə, bu klubda qalmaq istəyəcək. Bu klubu bəyənir.

Bu, Çempionlar Liqası deyil, ən vacib şeydir. O, “Mançester Yunayted”lə qələbə qazanmaq istəyir. Brunonun məşqi və davranışı yüksək səviyyədədir. Burada hamı eyni şeyi etməlidir. Bunun üçün burada olacaq"

Daha əvvəl media Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Fernandeşə həftəlik 700 min funt-sterlinq (833 min avro) ödəməyə hazır olduğunu yazmışdı.

Fernandeş bu mövsüm bütün turnirlərdə 56 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə