27 avqust 2026. Cümə axşamı

“Çelsi” Maks Merriklə yeni müqavilə imzaladı


“Çelsi” Maks Merriklə yeni müqavilə imzaladı

“Çelsi” klubu gənc qapıçı Maks Merriklə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə bağlanan yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Merrik 2024/25 mövsümündə klubun gənclər komandasında əsas qapıçı olub. O, ilk dəfə 2023-cü ilin oktyabr ayında İngiltərənin 20 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.

Gənc qapıçı Konfrans Liqasının “Noah” (8:0) və “Astana” (3:1) ilə oyunlarında “Çelsi”nin əsas komandasında ehtiyat oyunçular skamyasında yer alıb.

2025-ci ilin yanvarında Merrik İngiltərənin Cənubi Milli Liqasında çıxış edən “Hampton & Richmond” klubuna icarəyə verilib və orada 19 oyunda meydana çıxaraq peşəkar səviyyədə dəyərli təcrübə qazanıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın