4 iyul 2026. Şənbə

Sançonun “Çelsi”dəki gələcəyi yaxın günlərdə bəlli olacaq


Sançonun “Çelsi”dəki gələcəyi yaxın günlərdə bəlli olacaq

Cinah oyunçusu Ceydon Sançonun “Çelsi”dəki gələcəyi yaxın günlərdə müəyyənləşəcək.

90deqiqe.Az xəbər verir ki, “mavilər”in baş məşqçisi bildirib ki, Sançonun və digər futbolçuların taleyi ilə bağlı qərar hələ verilməyib:

“Sançonun gələcəyi? Bu məsələni yaxın 24-48 saat ərzində müzakirə edəcəyik, lakin Sanço və digər oyunçularla bağlı yekun qərar hələlik yoxdur”.

Qeyd edək ki, London klubu 25 yaşlı futbolçunu “Mançester Yunayted”dən almaq öhdəliyi ilə icarəyə götürüb. Lakin “Çelsi” tam transferdən imtina etmək hüququna malikdir. Bunun üçün klub “qırmızı şeytanlar”a müəyyən məbləğdə cərimə ödəməlidir.

Sanço "Çelsi"nin heyətində 40 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı