4 iyul 2026. Şənbə

“Klublararası Dünya Çempionatında qalib gəlmək üçün hər şeyimizi qoyacağıq”


“Klublararası Dünya Çempionatında qalib gəlmək üçün hər şeyimizi qoyacağıq”

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes bu il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatı haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı futbolçu bildirib ki, bu turnirdə ilk dəfə çıxış edəcək:

“Bu, mənim üçün ilk belə turnirdir. Orada oynamaqdan və ‘Çelsi’nin rənglərini qoruduğum üçün şadam. Bu, əla olacaq. Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcəyik. Komandamız qalib gəlmək üçün əlindən gələni edəcək”, – deyə Enzo Fernandes fikirlərini sosial media hesabında paylaşıb.

2024/2025 mövsümündə yarımmüdafiəçi 45 oyun keçirib, 7 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2032-ci ilin ortalarına qədərdir.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı