4 iyul 2026. Şənbə

“Gələn mövsüm ‘Mançester Yunayted’ daha güclü olacaq”


 “Gələn mövsüm ‘Mançester Yunayted’ daha güclü olacaq”

Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen "Mançester Yunayted"in növbəti mövsümdə daha yaxşı çıxış edəcəyinə inanır.

90deqiqe.Az xəbər verir ki, "TNT Sports" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Keçən mövsüm çox pis oyunlar oldu, Avropa Liqasının finalında uduzduq. Amma bu, futboldur. Gələn mövsüm hər şey daha yaxşı olmalıdır. Əminəm ki, belə olacaq. 'Mançester Yunayted' yeni komanda kimi meydana çıxacaq. Mən bunu kənardan izləyəcəm”

Eriksen “qırmızı şeytanlar”ı tərk edir. Yarımmüdafiəçinin mankunianlılarla müqaviləsi gələn ayın sonunda başa çatır.

Premyer Liqada ötən mövsüm Ruben Amorimin komandası liqa cədvəlini yalnız 15-ci pillədə başa vurub.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı