8 noyabr 2026. Bazar günü

8 il sonra “Kristal Pelas”dan ayrıldı


8 il sonra “Kristal Pelas”dan ayrıldı

Yarımmüdafiəçi Cefri Şlupp “Kristal Pelas”ı tərk edir.

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Şlupp 8 il ərzində klubda oynamağın onun üçün inanılmaz olduğunu bildirib. O, komanda sədrindən, məşqçilərdən və bütün heyətdən minnətdarlığını ifadə edib.

Futbolçu “Kristal Pelas” azarkeşlərinin yaratdığı atmosferin xüsusi olduğunu vurğulayıb: “Onlar bizim 12-ci oyunçumuzdur. İşlər çətin olanda bizi irəli itələdilər. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm.”

Şlupp azarkeşləri qürurlandırmağa çalışdığını və gələcəkdə yenidən görüşəcəklərini qeyd edib.

2024/2025 mövsümündə komanda İngiltərə Kubokunun qalibi olub.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”