8 noyabr 2026. Bazar günü

İdrissa Qeye “Everton”da qalır


İdrissa Qeye “Everton”da qalır

“Everton” təcrübəli yarımmüdafiəçi İdrissa Qeye ilə müqaviləni uzatmağa qərar verib.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı futbolçu ilə yeni anlaşma 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq.

Seneqallı oyunçu yaşına baxmayaraq, o, hələ də komandanın əsas oyunçularından biri sayılır.

Ötən mövsüm Premyer Liqada 37 matçda iştirak edən futbolçu 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bütün turnirlər nəzərə alındıqda, onun hesabında 40 oyun var.

David Moyesin rəhbərlik etdiyi “Everton” Premyer Liqanı 13-cü pillədə başa vurub. Klub təcrübəli oyunçularla heyət sabitliyini qorumağa çalışır və Qeye ilə yeni müqavilə bu strategiyanın bir hissəsidir.

 

 







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”