- İngiltərə P.L.
- 20:27 19.06.2025
“Mançester Yunayted”in futbolçusu Amad Diallo Malayziyada ASEAN All-Stars komandası ilə keçirilən yoxlama matçında (0:1) qalmaqallı hərəkəti ilə gündəmə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, oyundan sonra azarkeşlərin yanından keçən 21 yaşlı hücumçu onlara qarşı orta barmağını göstərib.
Hadisə ictimaiyyətin ciddi reaksiyasına səbəb olub. Lakin Diallo sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirərək, jestinin səbəbinin şəxsi olduğunu bildirib:
“İnsanlara hörmət edirəm, amma anamı təhqir edənlərə yox. Belə reaksiya verməməliydim, amma etdiyimə görə peşman deyiləm. Malayziyada yaxşı insanlarla gözəl vaxt keçirdik.”
Futbolçunun bu davranışı ilə bağlı “Mançester Yunayted” rəhbərliyi tərəfindən hər hansı cəza tədbirinin görülüb-görülməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın 2023/24 mövsümünü 16-cı pillədə tamamlayıb və çətin mövsüm keçirdiyi üçün klub daxilində dəyişikliklər gözlənilir.