4 iyul 2026. Şənbə

De Bruynenin növbəti addımı hələ müəyyənləşməyib


De Bruynenin növbəti addımı hələ müəyyənləşməyib

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.

90deqiqe.Az-ın "The Independent"ə istinadən yaydığı məlumata görə, bir müddət əvvəl belçikalı futbolçunun “Napoli”yə keçidi demək olar ki, dəqiqləşmiş kimi göstərilsə də, 33 yaşlı ulduz hələ son qərarını verməyib.

Mənbənin iddiasına əsasən, De Bruyne müxtəlif variantları nəzərdən keçirməyə açıqdır. O, İngiltərə Premyer Liqasında qalaraq başqa bir klubun formasını geyinmək ehtimalını da istisna etmir.

Qeyd edək ki, belçikalı ulduz “Mançester Siti”nin mövsümdəki son ev oyununda azarkeşlərlə emosional şəkildə vidalaşıb. Bu, onun klubu tərk edəcəyinə dair söz-söhbətləri daha da gücləndirib.

De Bruyne-nin hansı kluba keçəcəyi yaxın həftələrdə aydınlaşacaq. Onun təcrübəsi və texniki bacarığı bir çox top-klubun marağında qalmağa davam edir.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı