15 aprel 2026. Çərşənbə

Premyer Liqada rekord təkrarlandı


Premyer Liqada rekord təkrarlandı
İngiltərə Premyer Liqasının 3-cü çərçivəsində “Çelsi”yə qarşı oyun “Norviç Siti”nin hücumçusu Teemu Pukki üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 29 yaşlı hücumçu London təmsilçisinə 2:3 hesabıyla məğlub olduqları oyunda komandasının ikinci qolunu vurub. Bu isə onun cari mövsümdə rəqib qapılarından keçirdiyi 5-ci topdu.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasında Pukkidən öncə ilk üç turda 5 qol vurmağı bacaran yeganə futbolçu Rusiya yığmasının sabiq hücumçusu Pavel Poqrebnyak idi. O, bu uğura 2012/13 mövsümündə “Fulhem”də çıxış edərkən imza atıb.






İngiltərə P.L.

“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”
“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”