21 mart 2026. Şənbə

Martin Kion “Mançester Yunayted”in baş məşqçisini tənqid etdi


Martin Kion “Mançester Yunayted”in baş məşqçisini tənqid etdi

“Arsenal”ın sabiq futbolçusu Martin Kion “Mançester Yunayted”in hazırkı baş məşqçisi Ruben Amorimlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az "talkSPORT" saytına istinadən xəbər verir ki, veteran müdafiəçi portuqaliyalı mütəxəssisin klub üçün doğru seçim olduğuna şübhə etdiyini bildirib.

“Uğursuzluqların sayına baxanda düşünürəm ki, “Mançester Yunayted”in uyğun məşqçisi yoxdur. Onlar Yurgen Kloppu dəvət edə bilərdilər. Bu fikrimlə sensasiya yaratmaq istəmirəm, amma inanıram ki, Klopp orada möhtəşəm iş görə bilərdi. Onlara hazırkı çalışdırıcıdan daha çox təcrübəyə malik biri lazımdır. Bəs niyə də yox?”

Qeyd edək ki, “Liverpul”dan ayrıldıqdan sonra Yurgen Klopp İngiltərədə başqa bir klubu çalışdırmayacağını açıqlayıb.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər