21 mart 2026. Şənbə

“Əl-Hilal”a keçməyə çox yaxın idim"


“Əl-Hilal”a keçməyə çox yaxın idim"

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş bildirib ki, yay transfer dönəmində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə çox yaxın olub. Bu barədə futbolçu özü açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçunun sözlərinə görə, Səudiyyə Ərəbistanı təmsilçisi ona 4 illik müqavilə müqabilində 200 milyon avro təklif edib:

“Əl-Hilal” mənə qarşı çox xoş münasibət göstərdi. Klub menecerimlə əlaqə saxladı. Sonra bu məsələni həyat yoldaşımla müzakirə etdim. O, hər zaman qərarlarıma hörmətlə yanaşır və sadəcə soruşdu: ‘Nə etmək fikrindəsən?’”

Futbolçu bildirib ki, Səudiyyə Ərəbistanına köçmək onun üçün çətin olmazdı:
“Orada çıxış edən bir çox portuqaliyalı futbolçunu tanıyıram. Ancaq hələ də ən yüksək səviyyədə futbol oynamaq və ən nüfuzlu titullar uğrunda mübarizə aparmaq istəyirəm. Mənim bu iddia və ehtirasım hələ də var.”

Xatırladaq ki, Fernandeş “Mançester Yunayted”in əsas oyunçularından biridir və Premyer Liqada liderlik keyfiyyətləri ilə tanınır.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər