19 may 2026. Çərşənbə axşamı

“Zidan “Çelsi” və “Mançester Yunayted”in təklifini rədd edib”


“Zidan “Çelsi” və “Mançester Yunayted”in təklifini rədd edib”

Fransa millisinin sabiq futbolçusu Marsel Desayi Zinəddin Zidanın daha əvvəl iki Premyer Liqa nəhənginin təklifini qəbul etmədiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 56 yaşlı keçmiş futbolçu yerli mediaya açıqlamasında bildirib ki, Zidan həm “Çelsi”, həm də “Mançester Yunayted”dən açıq çek (məhdudiyyətsiz maliyyə şərtləri) almasına baxmayaraq, bu təklifləri geri çevirib.

“Zidanın Səudiyyə Ərəbistanı variantına maraq göstərəcəyi mümkündürmü? Yaxşı, onu deyə bilərəm ki, o, vaxtilə “Çelsi”dən və “Mançester Yunayted”dən açıq çek almışdı. Lakin o, bu təkliflərdən imtina etdi. Çünki onu pul maraqlandırmır. Zidan hər zaman Fransa millisində baş verənləri izləyir. O, Dideye Deşamı əvəzləməyə hazırdır. Zidan öz komandasını necə quracağını yaxşı bilir”, – deyə Desayi fikrini ifadə edib.

Qeyd edək ki, Zinəddin Zidan 2018-ci ildən bəri heç bir komandaya başçılıq etmir. O, sonuncu dəfə “Real Madrid”i çalışdırıb.







İngiltərə P.L.

Qvardiolanı Marseska əvəz edə bilər
  • İngiltərə P.L.
  • 22:08 19.05.2026
Qvardiolanı Marseska əvəz edə bilər
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 00:00 19.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Onu stadiona belə buraxmazdım””
  • İngiltərə P.L.
  • 23:33 18.05.2026
“Onu stadiona belə buraxmazdım””
Solanke “Çelsi” ilə oyunu buraxacaq”
  • İngiltərə P.L.
  • 23:03 18.05.2026
Solanke “Çelsi” ilə oyunu buraxacaq”
Xabi Alonso rəsmən “Çelsi”də
  • İngiltərə P.L.
  • 23:04 17.05.2026
Xabi Alonso rəsmən “Çelsi”də