11 aprel 2026. Şənbə

Qvardiola Qrilişi ABŞ-a aparmayacaq


Qvardiola Qrilişi ABŞ-a aparmayacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin klublararası dünya çempionatı üçün heyətinə daxil ediləcəyi gözlənilmir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, komandanın baş məşqçisi Xosep Qvardiola böyük ehtimalla 29 yaşlı futbolçunu ABŞ-da keçiriləcək turnirə aparmayacaq.

Qriliş geridə qalan mövsümdə gözləntiləri doğrultmayıb. O, 32 oyunda meydana çıxaraq cəmi 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

İngiltərəli futbolçunun “Mançester Siti”dən ayrılacağı ilə bağlı şayiələr də yayılıb.

Xatırladaq ki, “şəhərlilər” turnirin qrup mərhələsində iyunun 18-də “Vidad”, 23-də “Əl-Əyn” və 26-da “Yuventus”la qarşılaşacaqlar.







İngiltərə P.L.

“Mən onlara inanıram”
  • İngiltərə P.L.
  • 22:38 10.04.2026
“Mən onlara inanıram”