19 may 2026. Çərşənbə axşamı

"Arsenal" 20 futbolçusu ilə yollarını ayırır


"Arsenal" 20 futbolçusu ilə yollarını ayırır

İngiltərənin “Arsenal” klubu müqavilə müddəti başa çatan futbolçularla bağlı qərarını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan 20 futbolçu yay transfer pəncərəsi ilə birlikdə komandadan ayrılacaq. Siyahıya yalnız əsas komandanın üzvləri deyil, həmçinin gənclər və qadınlar komandalarının oyunçuları da daxildir.Yarımmüdafiəçi Tomas Partey bu qısa siyahıdadır.

London təmsilçisinin açıqlamasında qeyd olunub ki, bəzi oyunçularla bağlı danışıqlar hələ davam edir:

“Bütün tərəflər arasında məsələlər tam şəkildə razılaşdırıldıqdan sonra, bununla bağlı əlavə məlumat veriləcək”.

Klub ayrılan futbolçulara təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Daha əvvəl 31 yaşlı Tomas Partinin "Barselona"nın maraq dairəsində olduğu bildirilirdi.







İngiltərə P.L.

Qvardiolanı Marseska əvəz edə bilər
  • İngiltərə P.L.
  • 22:08 19.05.2026
Qvardiolanı Marseska əvəz edə bilər
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 00:00 19.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Onu stadiona belə buraxmazdım””
  • İngiltərə P.L.
  • 23:33 18.05.2026
“Onu stadiona belə buraxmazdım””