14 dekabr 2025. Bazar günü

Koul Palmer forma nömrəsini dəyişdi


Koul Palmer forma nömrəsini dəyişdi

"Çelsi"nin gənc hücumçu yarımmüdafiəçisi Koul Palmer yeni mövsümdən etibarən fərqli nömrə ilə çıxış edəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Daha öncə 20 nömrəli forma ilə meydana çıxan Palmer növbəti mövsümdən "10" nömrəli formanı daşıyacaq.

Qeyd olunur ki, ingiltərəli futbolçu yeni nömrəsi ilə ilk dəfə FIFA-nın klublararası dünya çempionatında çıxış edəcək.

İngiltərə Premyer Liqasının son püşkatmasında 23 yaşlı yarımmüdafiəçi 37 matça çıxıb. Palmer 15 qol vurub (dördü penaltidən) və 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin London klubu ilə əmək müqaviləsi 2033-cü ilin yayına kimi nəzərdə tutulub.Oyunçunun transfer dəyəri 120 milyon avro olaraq qiymətləndirilir.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü