31 mart 2026. Çərşənbə axşamı

Braziliyalı futbolçu "Fulhem"dən ayrıldı


Braziliyalı futbolçu "Fulhem"dən ayrıldı

"Fulhem" klubu yarımmüdafiəçi Villianla yollarını ayırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı vingerin "Fulhem"lə olan müqaviləsinin müddəti başa çatıb və klub futbolçunun sözləşməsini uzatmamaq qərarına gəlib.

Geridə qalan 2023/24 mövsümündə braziliyalı futbolçu İngiltərə Premyer Liqasında cəmi 10 oyunda meydana çıxıb.

Qeyd edək ki, Villian karyerası ərzində "Çelsi", "Arsenal", "Şaxtyor", "Anji", "Olimpiakos" və "Korintians" kimi klublarda çıxış edib. O, eyni zamanda Braziliya milli komandasının heyətində 70 oyunda 9 qola imza atıb.

Xatırladaq ki, "Fulhem" Premyer Liqada ötən mövsümü 11-ci pillədə başa vurub.







İngiltərə P.L.

"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"
“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu