23 iyun 2026. Çərşənbə axşamı

“Mən özümü dahiyanə hesab etmirəm”


“Mən özümü dahiyanə hesab etmirəm”

"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola şəxsi uğurlarına və özünə münasibəti ilə bağlı maraqlı açıqlamalar verib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı qazandığı titullara baxmayaraq, özünü “xüsusi” hesab etmədiyini bildirib:

“Düşünürsünüz ki, çoxlu kuboklar qazandığım üçün özümü xüsusi hiss edirəm? Xeyr, bunu unudun. Xüsusi adlandırılmalı olanlar həyat qurtaran həkimlərdir. Penisilini kəşf edənlər – bax, həqiqi dahilik budur.”

Qvardiola əlavə edib ki, öz peşəkarlığını inkar etməsə də, onu əvəz edə biləcək başqa mütəxəssislərin də ola biləcəyini düşünür:

“Mən dahi deyiləm? Əlbəttə ki, yox. Özümü yalandan təvazökar göstərməyəcəm – yaxşıyam, şübhəsiz. Amma mənim yerimdə başqaları da eyni uğurları qazana bilərdi.”

Qvardiola “Mançester Siti” ilə 18, “Barselona” ilə 14, “Bavariya” ilə 7 kubok qazanıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər