- İngiltərə P.L.
- 12:43 04.12.2025
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, qazandığı uğurlarda Lionel Messi və digər ulduz futbolçularla işləməsinin mühüm rolu olub.
90deqiqe.Az-ın “Reuters"ə istinadən yaydığı məlumata görə, ispan mütəxəssis hesab edir ki, onun yerində olan başqa məşqçilər də eyni şəraitdə oxşar nəticələr əldə edə bilərdi.
“Saxta təvazökarlıq etmək istəmirəm: əlbəttə, yaxşıyam! Bunu illərdir sübut edirəm. Amma qazandığım uğur o deməkdir ki, məni Lionel Messini və digər futbolçuları çalışdırmaq üçün seçmişdilər və mən möhtəşəm komandalar qurmuşam. Lakin həmin məqamda mənim yerimdə olan başqa məşqçilər də bəlkə eyni şeyi edə bilərdi”
“Mançester Siti” İngiltərə Premyer Liqasında mövsümü üçüncü pillədə başa vurub. Qvardiolanın komandası 38 matçda 71 xal toplayıb və 2025/2026 UEFA Çempionlar Liqasının ümumi mərhələsində iştirak etmək hüququ qazanıb. Qvardiola əvvəllər "Bavariya" və "Barselona"da çalışıb. Kataloniya klubunda ispaniyalı 8 dəfə “Qızıl top”un sahibi Lionel Messini çalışdırıb.