27 avqust 2026. Cümə axşamı

"Arsenal" Qabriel Maqalhaeslə müqaviləni uzadıb


"Arsenal" Qabriel Maqalhaeslə müqaviləni uzadıb

"Arsenal" klubu müdafiəçi Qabriel Maqalhaeslə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmanın dəqiq detalları açıqlanmasa da, klub braziliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığını bildirib.

Xatırladaq ki, Qabriel 2020-ci ildən "Arsenal"da çıxış edir. O, İngiltərə Premyer Liqasına Fransanın "Lill"indən keçib. O vaxtdan bəri Maqalhaes "topçular"ın heyətində 210 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Ötən mövsüm o, 42 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı müdafiəçi zədə səbəbindən çempionatın sonunu buraxıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın