16 iyul 2025. Çərşənbə

“Tottenhem” Ancelos Postekoqlu ilə yollarını ayırdı


“Tottenhem” Ancelos Postekoqlu ilə yollarını ayırdı

“Tottenhem” baş məşqçi Ancelos Postekoqlu ilə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki,  bu barədə London təmsilçisi klubun rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Son nəticələrin təhlilindən və diqqətli dəyərləndirmədən sonra klub bildirir ki, Ancelos Postekoqlunun vəzifələrindən azad olunmasına qərar verilib.

İki illik fəaliyyəti ərzində kluba verdiyi töhfə və sədaqətinə görə Ancelosa son dərəcə minnətdarıq. O, klub tarixində Avropa kuboku qazanan üçüncü məşqçi kimi əfsanəvi Bill Nikolson və Kit Berkinşou ilə bir sırada daim xatırlanacaq.

Bununla belə, idarə heyəti yekdilliklə klubun maraqları naminə dəyişiklik edilməsinin vacib olduğuna qərar verdi. 2023/2024 mövsümünün Premyer Liqada uğurlu başlanğıcından sonra son 66 matçda cəmi 78 xal topladıq. Bu isə ötən mövsüm Premyer Liqada klubun tarixindəki ən pis nəticəyə gətirib çıxardı. Bəzən yaranmış vəziyyətə yumşaldıcı hallar – zədələr və Avropa turnirinə prioritet verilməsi kimi səbəblər də təsir göstərdi. Mövsüm ərzində Avropa Liqasındakı qələbə klub tarixinin ən əlamətdar anlarından biri olsa da, qərarımız bu emosional uğur əsasında verilməyib.

Çox vacibdir ki, biz bir neçə istiqamətdə rəqabət aparmağa qadir olaq. Düşünürük ki, yanaşma tərzində dəyişiklik qarşıdakı mövsüm və gələcək üçün bizə daha çox uğur gətirəcək. Bu, qəbul etdiyimiz ən çətin qərarlardan biri oldu və biz bu qərarı tələsik və yüngül yanaşma ilə vermədik. Bizim fikrimizcə, bu, asan yox, düzgün qərardır.

Komandamız gənc və istedadlıdır və Ancelos bu inkişaf üçün əla baza yaradıb. Ona minnətdarlığımızı bildiririk və gələcəkdə uğurlar arzulayırıq – o, hər zaman evimizdə istənilən qonaq olacaq.

Yeni baş məşqçinin təyinatı ilə bağlı əlavə məlumat veriləcək”, – deyə London klubunun açıqlamasında bildirilir.

Qeyd edək ki, təcrübəli mütəxəssis ötən ilin bu günündə London klubunun sükanı arxasına gətirilmişdi.Ötən mövsüm Premyer Liqanı 5-ci pillədə başa vuran "Tottenhem" bu mövsüm aşağı liqaya düşməkdən çətinliklə xilas olub. London komandası düşmə zonasından bir pillə yuxarı olmaqla 17-ci yerdə qərarlaşıb.







İngiltərə P.L.

"Onun matçda olacağını bilirdim, amma..."
  • İngiltərə P.L.
  • 15:44 14.07.2025
"Onun matçda olacağını bilirdim, amma..."
“Belə hesab gözləmirdim”
  • İngiltərə P.L.
  • 14:23 14.07.2025
“Belə hesab gözləmirdim”
“PSJ favorit sayıla bilər, amma..."
  • İngiltərə P.L.
  • 20:31 12.07.2025
“PSJ favorit sayıla bilər, amma..."