5 dekabr 2025. Cümə

“Liverpul” 20 yaşlı qapıçı transfer etdi


“Liverpul” 20 yaşlı qapıçı transfer etdi

“Liverpul” qapı xəttini gücləndirmək məqsədilə 20 yaşlı qapıçı Armin Peçini heyətinə qatıb.

90deqiqe.Az xəbər verir ki, macar futbolçu artıq İngiltərə təmsilçisi ilə müqavilə imzalayıb. Razılaşma danışıqlara yaxın mənbələr tərəfindən də təsdiqlənib.

Peçi ötən mövsüm Macaristanın “Puškaş Akademiya” klubunda çıxış edib və 36 oyunda meydanda olub. O, UEFA Konfrans Liqasının təsnifat mərhələləri də daxil olmaqla 11 görüşdə qapısını toxunulmaz saxlayıb.

Hazırda “Liverpul”un ixtiyarında Alisson, Kuevin Kelleher və Viteslav Yaroş kimi qapıçılar var. Yeni mövsümdən etibarən komandaya “Valensiya”dan transfer edilən Georgi Mamardaşvili də qoşulacaq.

Armin Peçinin əsas komandaya keçidi bir qədər zaman ala bilər. Gənc qapıçının ilkin mərhələdə klubun gənclər və ya ehtiyat komandasında forma geyinməsi gözlənilir. Lakin “Liverpul” rəhbərliyi onun uzunmüddətli perspektivinə böyük ümid bəsləyir.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə