5 dekabr 2025. Cümə

“Mançester Yunayted" Qarnaçonu satmalıdır”


“Mançester Yunayted" Qarnaçonu satmalıdır”

“Mançester Yunayted”in sabiq qapıçısı Ben Foster Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesablı məğlubiyyətdən sonra komandanın yarımmüdafiəçisi Alexandro Qarnaçonun davranışını sərt tənqid edib.

90deqiqe.Az xəbər verir ki, "talkSPORT" keçmiş futbolçunun dediklərini belə çatdırıb.

“Düşünürəm ki, ‘Mançester Yunayted’ Qarnaçonu satmalıdır. Mən məşqçi olsaydım, Ruben Amorim kimi komanda oyunçularını üstün tutardım. Mənə dürüst, çalışqan və kollektivə bağlı futbolçular lazımdır. Qarnaço və bəzi oyunçuların hansı aləmdə olduqlarını anlaya bilmirəm.

Final matçından sonra baş verənlərə baxın. Brennan Conson müsahibə verirdi – saç düzümü pis vəziyyətdə idi, amma müsahibəsi çox yaxşı alındı. Görünürdü ki, o, çalışqan, komandası üçün hər şeyini verən biridir. Qarnaçoya baxın – yeni saç düzümü, sarıya boyanmış saçlar, sanki finala xüsusi hazırlaşıb. Oyunun sonunda oturub yerə çökür və heç kimlə danışmadan özünə qapanır. Komanda yoldaşlarını ruhlandırmaq, bir söz demək belə istəmir. Bu, çox ciddi fərqdir”







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə