21 mart 2026. Şənbə

CAS “Vest Hem”in Nikola Vlaşiç transferi ilə bağlı qərarını açıqladı


CAS “Vest Hem”in Nikola Vlaşiç transferi ilə bağlı qərarını açıqladı

İdman Arbitraj Məhkəməsi (CAS) “Vest Hem” klubunun Nikola Vlaşiçin transferi ilə bağlı FİFA qərarına qarşı verdiyi apellyasiya şikayətini qismən təmin edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qərara əsasən, İngiltərə klubu 2021-ci ilin yayında transfer etdiyi xorvatiyalı futbolçu üçün Moskvanın ÇSKA klubuna 8,55 milyon avro və illik 5 faiz faizlə ödəniş etməlidir. Lakin bu məbləğ yalnız İngiltərə Maliyyə Sanksiyalarını Tətbiq Ofisindən (OFSI) icazə alındıqdan sonra həyata keçirilə bilər və ya sanksiya rejimi ləğv edilməlidir.

Əgər ödəniş icazənin verilməsindən sonra 45 gün ərzində həyata keçirilməzsə, FİFA-nın Oyunçuların Statusu və Transferi Qaydalarına uyğun olaraq, “Vest Hem”ə üç transfer pəncərəsi müddətində yeni oyunçuların qeydiyyatının qadağan olunması sanksiyası tətbiq oluna bilər.

Xatırladaq ki, Nikola Vlaşiç ÇSKA-dan “Vest Hem”ə transfer olunduqdan sonra ödəniş tam şəkildə həyata keçirilməyib. Hazırda 26 yaşlı yarımmüdafiəçi İtaliyanın “Torino” klubunda çıxış edir.

 

 







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər