7 may 2026. Cümə axşamı

Liverpul rekordunu təkrarladı


Liverpul rekordunu təkrarladı

Liverpul İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində doğma meydanda “Arsenal”a 3:1 hesabıyla qalib gəlib.

Corner.az xəbər verir ki, bu qələbə Yurgen Kloppun yetirmələri üçün əlamətdar olub.Belə ki, “Liverpul” ötən mövsüm də nəzərə alınmaqla ardıcıl 12-ci qələbəsini qazanıb. Bununla da sözügedən komanda öz rekordunu təkrarlamış olub.

Bu komanda 1990/91 mövsümündə də ardıcıl 12 çempionat oyunundan qalib ayrılmışdı.

“Liverpul” Premyer Liqanın 4-cü turunda səfərdə “Bernli” ilə üz-üzə gələcək. Bu qarşılaşma avqustun 31-də baş tutacaq.







İngiltərə P.L.