21 mart 2026. Şənbə

“Rayan Çerki Kevin De Bruyneni əvəz edə bilər”


“Rayan Çerki Kevin De Bruyneni əvəz edə bilər”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yeni futbolçusu Rayan Çerkinin debüt oyunundakı çıxışını dəyərləndirib.

90deqiqe.Az “RMC Sports”a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı fransalı yarımmüdafiəçinin gələcəkdə Kevin De Bruyneni əvəz edə biləcəyini bildirib.

“Əlbəttə, Kevini əvəz etmək çətindir, biz bunu onun keyfiyyətlərinə görə bilirik və buna heç bir şübhə yoxdur. Amma eyni zamanda klub Rayanla müqavilə imzalamağa qərar verdi, çünki o, cərimə meydançasına yaxın zonada inanılmaz bacarığa, əla ötürmə hissinə və digər vacib keyfiyyətlərə malikdir. Bu, onun çox çətin şəraitdə ilk oyunu idi və onun komandada olması məni sevindirir”.

Qeyd edək ki, 20 yaşlı Rayan Çerki bu yay “Lion” klubundan “Mançester Siti”yə transfer olunub. Onun texniki bacarığı və kreativliyi “şəhərlilər”in gələcək planlarında xüsusi yer tutur.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər