21 mart 2026. Şənbə

Premyer Liqa "Mançester Siti"nin cəzasını açıqlayıb


Premyer Liqa "Mançester Siti"nin cəzasını açıqlayıb

İngiltərə Premyer Liqası və “Mançester Siti” rəhbərliyi arasında intizam qaydalarının pozulmasına dair razılıq əldə olunub.

90deqiqe.Az-ın məlumatına görə, 2024/2025 mövsümündə “şəhərlilər”in ümumilikdə 9 oyunda matçın başlanğıcı və ikinci hissəyə vaxtında çıxmamaqla qaydanı pozduğu bildirilib.

Xüsusilə diqqət çəkən məqam odur ki, Pep Qvardiolanın komandası bütün hallarda ikinci hissəyə gecikib. Ən ciddi pozuntu isə dekabr ayında baş tutan “Mançester Yunayted”lə derbidə qeydə alınıb – həmin oyunda “Mançester Siti” həm ilk hissəyə, həm də fasilədən sonra meydançaya gec çıxıb.

Nəticədə klub 1,08 milyon funt-sterlinq (təxminən 1,26 milyon avro) məbləğində cərimələnib.

Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm İngiltərə Premyer Liqasını 3-cü pillədə başa vurub.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər