- İngiltərə P.L.
- 12:43 04.12.2025
Almaniyalı futbolçu Florian Virtsin "Bayer Leverkuzen"dən "Liverpul"a keçidi İngiltərə Premyer Liqası tarixində ən yüksək məbləğli transfer kimi qeydə alınıb.
90deqiqe.Az-ın "Transfermarkt"ə istinadən yaydığı məlumata görə, Mersisayd klubu 22 yaşlı yarımmüdafiəçi üçün 125 milyon avro ödəyib. Bu məbləğ daha əvvəlki rekordu yeniləyib – 2022/2023 mövsümündə Enzo Fernandezin "Benfika"dan "Çelsi"yə 121 milyon avroya transferi siyahıda ikinci yerə geriləyib.
Premyer Liqanın ən bahalı üçüncü transferi isə 2021/2022 mövsümündə Cek Qrilişin "Aston Villa"dan "Mançester Siti"yə keçidi olub. İngiltərə millisinin üzvü üçün "şəhərlilər" 117,5 milyon avro ödəyib.
Florian Virts ötən mövsüm "Bayer"də bütün turnirlər üzrə 45 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.