- İngiltərə P.L.
- 12:43 04.12.2025
"Mançester Yunayted"in futbolçusu Antoni İngiltərə təmsilçisini həmişəlik tərk etmək niyyətindədir.
90deqiqe.Az-ın "Manchester Evening News"a istinadən yaydığı məlumata görə, 24 yaşlı vinger illik 9 milyon avronu ötən mövcud maaşının 30 faizini itirməyə razıdır. Futbolçunun bu addımı klubdan tam transferlə ayrılmaq istəyindən qaynaqlanır.
"Mançester Yunayted"in rəhbərliyi isə Antoni ilə bağlı yeni icarə variantını nəzərdən keçirmir və oyunçunun tam transferinə üstünlük verir.
Xatırladaq ki, braziliyalı 2024-cü ilin qış transfer pəncərəsində "Mançester Yunayted"dən ayrılaraq icarə əsasında La Liqa təmsilçisi "Betis"ə keçmişdi. Yerli mətbuatda yayılan xəbərlərə əsasən, braziliyalı futbolçu Premyer Liqaya qayıtmaqda maraqlı deyil. Antoni "Betis"in heyətində keçirdiyi 17 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.