5 dekabr 2025. Cümə

UEFA Mançester Yunayted'in əfsanəsini mükafatlandırdı


UEFA Mançester Yunayted'in əfsanəsini mükafatlandırdı

Mançester Yunayted'in sabiq hücumçusu Erik Kantona "UEFA Prezident Mükafatı-2019"a layiq görülüb.

Corner.az xəbər verir ki, bu barədə  UEFA-nın saytı məlumat yayıb. Bu mükafat yüksək nailliyət, peşəkarlıq və şəxsi keyfiyyətlərə görə verilir.

“Qırmızı şeytanlar”ın əfsanəvi oyunçularından hesab olunan Erik Kantona klubda keçirdiyi oyunlarda 64 qol vurub. İngiltərə təmsilçisinin heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olub.

UEFA Prezidenti Aleksandr Çeferin 53 yaşlı  sabiq futbolçu barədə bu sözləri deyib: “O, UEFA mükafatına təkcə oyunçu keyfiyyətlərinə görə yox, həmçinin şəxsi keyfiyyətlərinə görə də layiq görülür”.

Qeyd edək ki,  fransalı Erik Kantonaya bu mükafat 29 avqust Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi zamanı təqdim olunacaq.(qol)







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə