14 dekabr 2025. Bazar günü

“Özümü Anri kimi görürəm”


“Özümü Anri kimi görürəm”

“Mançester Yunayted”in hücumçusu Markus Reşford ən ideal oyun mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçu özünü əfsanəvi fransalı hücumçu Terri Anri ilə müqayisə edib.

“Mən özümü Terri Anri kimi görürəm. O, həm sol cinahda, həm də mərkəzdə oynamaqda rahat idi. Çox bacarıqlı futbolçu idi. Mən də böyüdükcə mərkəz hücumçusu – 9 nömrəli mövqe mənim üçün daha təbii və komfortlu oldu. Qapıya arxası dönük oynamaq, boşluqları tapmaq mənə daha asan gəlir. Həmişə qapı önündə olursan və daim təhlükə yaradırsan”

26 yaşlı futbolçu həmçinin gələcəkdə “Barselona” forması geyinmək və gənc ulduz Lamin Yamal ilə bir komandada çıxış etmək arzusunu da gizlətməyib.

Qeyd edək ki, Reşford 2024/2025 mövsümünün ikinci hissəsini icarə əsasında “Aston Villa”da keçirib.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü