23 iyun 2026. Çərşənbə axşamı

Salah Virtsin transferindən sonra komanda yoldaşına zarafat edib


Salah Virtsin transferindən sonra komanda yoldaşına zarafat edib

“Liverpul”un yeni transferi, almaniyalı hücumameyilli yarımmüdafiəçi Florian Virtsin hansı forma nömrəsini daşıyacağı hələlik bəlli deyil.

90deqiqe.Az xəbər verir ki, klubun rəsmi sosial şəbəkə hesablarında Virtsin “Liverpul” formasının ön hissəsinin əks olunduğu foto paylaşılıb.

Şərh bölməsində komandanın ulduz futbolçusu Məhəmməd Salah zarafatla “Nömrə 8?” sualını ünvanlayıb və həmin nömrəni daşıyan komanda yoldaşı Dominik Soboslaini də qeyd edib. Misirli hücumçu bu şərhinə gülən emoci əlavə etməyi də unutmayıb.

Qeyd edək ki, Salah özü “Liverpul”da 11 nömrəli formanı geyinir, 10 nömrə isə hazırda Aleksis Makallisterə məxsusdur. Daha öncə Virtsin bu nömrəni almaq istədiyi ilə bağlı məlumatlar yayılmışdı, lakin futbolçu özü bu iddiaları təkzib etmişdi.

Hazırda “Liverpul”da hücum oyunçuları üçün nəzərdə tutulan əsas forma nömrələri artıq başqaları tərəfindən istifadə olunur.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər